Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bəndəm1

Ağdam, Başkeçid, Cəbrayıl, Füzuli, Gədəbəy, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Tovuz, Zaqatala, Zəngilan

Dərz və ya bafa bağlamaq üçün kökündən çıxarılmış sünbüllü küləşdən və ya uzun otdan düzəldilən bağ.  A bala, uzun bəndəm yol, yekə bağlıyax dərzi (Qazax); Bafanı bəndəmnən bağla (Zaqatala); Oğul, oğul, yanındakı bəndəmi burayəti, bağlə:ax bu dərzi (Gədəbəy); Bəndəmnən bağliyrıx bafanı (Şəki); Bəndəmi taxılın özünnən eşirix', qayrerıx (Tovuz); Səkkiz bafanı qourux bəndəmin arasına, bağlıyırığ olur dərz (Füzuli); Bəndəmləri suya sal qurumasın (Cəbrayıl); Birki bəndəm eş, bu dərzdəri bağlıyax (Şəmkir).

bəndəm2

Bakı

Meyvə saplağı.

bəndəm3

Çənbərək

Tütün topası. □ Arvatdar tütünü bəndəm eliyiflər.

Azərbaycan dilinin dialektoloji lüğəti