Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

az [az] say

1. Sayca çox olmayan, cüzi; çox sürməyən, sürəksiz, çox davam etməyən, tez qurtaran. □ Az pul. Az miqdar. Az bilik. Az ömür. Az vaxt.
2. Kifayətsiz, ehtiyacı ödəməyən (adətən xəbər şəkilçisi ilə). □ Bu məbləğ azdır. Yaşına görə təcrübəsi azdır. Onun biliyi çox azdır.
3. “Bir” sözü ilə – azacıq, az miqdarda. □ Bir az su ver. Bir az gözlə. Bir az dincəl.
4. Seyrək, nadir, arabir, gec-gec.Bakıda yağış az olur. Burada yaşıllıq çox azdır. Belə təsadüflər az düşər. Dostlar az görüşürlər.
5. İsim kimi: azlıq. □ Az çoxa tabe olmalıdır.
6. İsim kimi: az şey, az miqdar. □ Aza qane olmaq. Azdan az deyiblər, çoxdan çox. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: az aşım, ağrımaz başım frazeologizm: az aşın duzu deyil frazeologizm: az getmək, üz getmək, dərə-təpə, düz getmək frazeologizm: canında az yoxdur frazeologizm: çox deyib az eşitmək zərf: bir az coğrafiya: az duzlu su coğrafiya: az yararlı süxur Azərbaycan dilinin izahlı lüğəti