Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

axça

1. Gümüş pul (ilk dəfə 1329-cu ildə Sultan Orxan kəsdirmişdir).

M.Füzulinin “Şikayətnamə” əsərində aqça şəklində işlənir.

2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər; pulcuq.

Dastanlarda 1-ci mənaya rast gəlinir.

Bu Müslümü kim yetirsə Sayada,

Savab eylər yüz axçadan ziyada.

Varım, yoxum bircə odur dünyada,

Nə zillətlə boya yetirdim, çoban.

                      (“Sayat bəy-Səyalı xanım”)

Azərbaycan dastanlarının leksikası