yun. autarkeia – öz-özünü təminetmə
Digər dövlətlərlə mübadiləni minimuma endirmək məqsədilə bir ölkə və ya region çərçivəsində qapalı təsərrüfat sisteminin yaradılmasına yönəlmiş iqtisadi siyasət.
A.-da dövlət bütün zəruri mallara olan tələbatı daxili istehsal hesabına təmin etməyə çalışır. Sözün əsl mənasında A. yalnız kapitalizməqədərki formasiyalarda, məsələn, feodalizmdə natural təsərrüfatın hökmranlığı şəraitində mövcud olub. Müasir dövrdə müharibə və ya iqtisadi blokada vəziyyətinə düşən ölkələrdə A. siyasətindən istifadə etmək məcburiyyətində qalırlar. Bütövlükdə isə o, beynəlxalq əmək bölgüsünün tələblərinə uyğun gəlmir. Doğrudur, A.-nın müəyyən elementləri bir sıra qapalı ticari-iqtisadi qurumların (Avropa İqtisadi Birliyi, Avrasiya İqtisadi Birliyi və s.) fəaliyyətində özünü göstərir: həmin birliklər belə üsullarla daxili bazarı yad istehsalçılardan qorumağa çalışırlar.
Tarix terminləri lüğəti