Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

atlas

1. Üzü hamar parlaq ipək parça növü.

2. Təşbehlərdə: atlaz kimi parlaq, hamar. (“Koroğlu” dastanının lüğəti)

Dastanda həm həqiqi, həm məcazi mənada işlənir.

Çənlibeldə köçüm, qonum,

Atlasdan biçilər donun,

Ortadan qalxmaya xonum,

Gündə yüz qonağım ola!..

                         (“Qulun qaçmağı”)

*

Həmzə baxıb gördü ki, gözlər piyalə kimi, yanaq atlas kimi, dodaq qaymaq kimi, dişlər dürr-mirvari kimi, qaşlar ilan dili kimi. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Teymur”)

Azərbaycan dastanlarının leksikası