Reklam
Reklam

Tarix terminləri lüğəti

ateizm

yun. atheos – Allahı inkar edən, allahsız

Allahın və hər cür fövqəltəbii qüvvələrin, eləcə də onların təzahürlərinin (ruhların, axirət dünyasının, qeyri-maddi varlıqların və s.) mövcudluğunu inkar edən elmi-fəlsəfi baxışlar sistemi.

A. anlayışı müxtəlif dövrlərdə fərqli mənalar kəsb edib. Qədim dövrlərdə xalqların etiqad etdiyi ilahların inkar edilməsi A. sayılıb. Orta əsrlərdə xristianlar çox vaxt bütpərəstləri ateist adlandırıblar. XIX əsrin əvvəlində isə mürtəce kilsə xadimləri dinə münasibətdə bəzi tənqidi fikirlərinə görə hətta Hegel və Kantı ateist elan ediblər. Lakin dinin ayrı-ayrı məqamlarının tənqidi ilə A. arasında böyük fərq var. Belə ki, nəzəri əsasını materialist dünyagörüşü təşkil edən A. bütövlükdə dini təsəvvürlərin və Allahın mövcudluğunun inkarına əsaslanır. A.-in rüşeymləri qədim dövrlərdə Babilistanda, Misirdə, Çində və Hindistanda yaranıb. Qədim yunan mütəfəkkirləri Demokrit və Epikürün fəlsəfəsində bəzi ateist fikirlərə rast gəlmək olar.

Tarix terminləri lüğəti