at

Axtarış nəticələri

141

ata-baba

ata-baba sözünün izahı. ata-baba sözünün mənası

Əcdad, ulu baba, nəslin ilk baniləri. □ Ata-baba yurdu. Ata-baba qaydası. Onun ata-babası kəndli olmuşdur....    Ətraflı

142

ata-bala

ata-bala sözünün izahı. ata-bala sözünün mənası

Ata ilə oğlu, ya qızı. □ Gəl ata-bala dərdləşək....    Ətraflı

143

ATABABA

mürəkkəb adların tərkibində işlənən Ata və Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır....    Ətraflı

144

ATABALA

ATABALA azərb.
mürəkkəb adların tərkibində işlənən Ata və Bala adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır....    Ətraflı

145

Atabəy

Atabəy sözünün mənşəyi, Atabəy sözünün etimologiyası

Əvvəlcə gəncləri hərbi işə, igidliyə öyrədənlərə “sərkərdə (bəy) atası” (atabəy) deyiblər. Sonra bunlar özlərini xan, şah elan edib, xüsusi dövlət yaradıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

146

atabəy

1. Səlcuq sultanları vəliəhdlərinin tərbiyəçisi.  Səlcuqilər dövründə meydana gəlmiş A. adını daşıyan ilk şəxs sultan Alp Arslanın vəziri Nizamülmülk olub. Alp Arslan...    Ətraflı

147

ATABƏY

mürəkkəb adların tərkibində işlənən Ata adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır....    Ətraflı

148

atabir

atabir sözünün izahı. atabir sözünün mənası

Bir atadan törəmiş, ata tərəfdən doğma olan. □ Atabir qardaş. Onlar atabir, ana ayrı bacıdırlar....    Ətraflı

149

ATACAN

mürəkkəb adların tərkibində işlənən Ata adı və əzizləmə mənasını yaradan can şəkilçisinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır....    Ətraflı

150

atadanbir

atadanbir sözünün izahı. atadanbir sözünün mənası

Bax: atabir....    Ətraflı

151

atadanqalma

atadanqalma sözünün izahı. atadanqalma sözünün mənası

İrs olaraq atadan qalmış. □ Atadanqalma mülk....    Ətraflı

152

atadar

atadar sözünün mənşəyi, atadar sözünün etimologiyası

Rus dilindəki попечитель (опекун da bu sözdəndir) sözünün türk dillərin­dəki qarşılığı olub. Ata kökündən və farsca olan -dar şəkilçisindən əmələ gəlib. İn­di biz попечитель sözünü olduğu kimi işlədirik, atadar sözünü diriltməyə ehti­yac var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

153

atağacı

1. Dabbağxanada gönün suyunu sıxmaq üçün işlənən ağac alət (Ağdam).
2. Damın üzərinə döşənən nazik ağac (Şəmkir). □ Öyün üstünü örtməkçün bir araba atağacı aldım....    Ətraflı

155

atağızdı

Məcazi mənada: sözü keçən, sözü ötən. □ Atağızdı yə:si var Məsinin, saxlasın dayna....    Ətraflı

156

atağzı

atağzı sözünün mənşəyi, atağzı sözünün etimologiyası

Bu плоскогубцы sözünün el arasında işlədilən qarşılığıdır. Forma oxşarlığı əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

157

ATAKİŞİ

mürəkkəb adların tərkibində işlənən Ata və Kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır....    Ətraflı

158

atalamax

Yumaq. □ Əkin vaxdı biz əvvəlcən yeri suynan atalayırıx....    Ətraflı