Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

asmaq1 [asmax] feil 

1. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq.Lampanı asmaq. Divardan şəkil asmaq.
2. Dar ağacından asmaqla edam etmək, boğazdan asmaq, dara çəkmək.

asmaq2 [asmax] feil

Xörək və s.-ni ocaq (od) üstünə qoymaq.Ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq (A.Divanbəyoğlu).

Həmçinin bax:

frazeologizm: ağzından qıfıl asmaq frazeologizm: gözdən pərdə asmaq frazeologizm: xaç asmaq frazeologizm: keçini keçi, qoyunu qoyun ayağından asmaq frazeologizm: qarasınca asıb-kəsmək frazeologizm: qazan asmaq frazeologizm: qoyunu qoyun, keçini keçi ayağından asmaq frazeologizm: qulaq asmaq frazeologizm: sırğa eləyib qulağından asmaq frazeologizm: şeytanın sözünə qulaq asmaq Azərbaycan dilinin izahlı lüğəti