yun. argillos – gil + yun. lithos – daş
Bərkimiş və ya daşa dönmüş gil.
Gilin sıxılması, quruması və azacıq sementləşməsi nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. A. qırışıqlıq sahələri üçün xarakterikdir. Platformalarda qədim çöküntülərdə təsadüf olunur.
Coğrafiya terminləri lüğəti