Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

aqreqat1 [aqreqat] isim latın

1. Elektrotexnika. Ümumi bir işi görmək üçün bir-birinə birləşdirilmiş bir neçə müxtəlif tipli maşından, qurğudan ibarət mürəkkəb maşın. Bu şəhərdə dizellərin, aqreqatların, zavod fitlərinin səs-küyü həmişə eşidilir (Mir Cəlal).

2. Elektrotexnika. Bir maşının mürəkkəb hissəsi.

aqreqat2 [aqreqat] isim latın

1. Fizika. Maddənin üç halının – bərk, duru və qaz hallarının ümumi adı.

2. Geologiya. Süxur əmələ gətirən mineral dənəcik və ya kristallarının toplusu və ya bitişmiş vəziyyəti.

Azərbaycan dilinin izahlı lüğəti