afrikaans. apartheid – ayrı yaşama, ayrılma
Cənubi Afrika Respublikası (1961-ci ilə kimi Cənubi Afrika İttifaqı) hakim dairələrinin 1948–1994-cü illərdə yerli qaradərili bantu xalqlarına və qeyri-avropalı, yaxud qarışıq mənşəli digər etnik qruplara qarşı həyata keçirdikləri irqi ayrı-seçkilik siyasəti.
Afrikalılar xüsusi rezervasiyalarda (bantustanlarda) yaşayır, onların hər hansı formada ağlarla ünsiyyətinə imkan verilmirdi. Bütün vətəndaşlıq hüquqlarından məhrum edilmiş afrikalılar bir rezervasiyadan digərinə getmək üçün xüsusi icazə sənədi təqdim etməli olurdular. BMT Baş Məclisinin sessiyalarının çoxsaylı qərarlarında, eləcə də 1973-cü ildə qəbul olunmuş beynəlxalq konvensiyada A. insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
Tarix terminləri lüğəti