Reklam
Reklam

Tarix terminləri lüğəti

antisemitizm

alm. antisemitismus – yəhudilər əleyhinə, yəhudilərə qarşı

Yəhudilərə və iudaistlərə qarşı yönəlmiş milli, dini ayrı-seçkiliyin ifrat forması.

A.-in tarixi yəhudilərin qədimdən məskən saldıqları ölkələrdə milli-dini azlıq vəziyyətində yaşadıqları dövrlərdən başlanır. A.-in ictimai-iqtisadi səbəbləri olub, belə ki, əsasən, ticarət, sələmçilik və sənətkarlıqla məşğul olan yəhudilər həmin sahələrdə qazandıqları uğurlarla yerli əhalinin ciddi rəqibinə çevrilirdilər. Bundan başqa, xristianlığın yaranmasından sonra onu iudaizmin müdaxilələrindən qorumaq və İsa Məsihin çarmıxa çəkilməsinin intiqamını yəhudilərdən almaq bəhanəsi ilə də A.-dən istifadə olunub. A.-in məhz səlib yürüşləri zamanı daha geniş vüsət alması bununla izah edilir. Sonralar A. bir sıra Avropa ölkəsində, o cümlədən çar Rusiyasında dövlət doktrinasına çevrilib. Lakin A.-in ən ifrat forması 1933-cü ildə Almaniyada Hitler hakimiyyətə gəldikdən sonra yaranıb. II Dünya müharibəsi ərəfəsi və gedişində 6 milyona yaxın yəhudi A. zəminində nasistlər tərəfindən məhv edilib.

Tarix terminləri lüğəti