Reklam
Reklam

Tarix terminləri lüğəti

antik

lat. antiquus – qədim

1. Qədim yunan və Qədim Roma sivilizasiyaları anlamına gələn termin.

A. termini həmin sivilizasiyalar üçün xarakterik olan bütün rəngarəng tarixi formaları – mədəniyyəti, incəsənəti, ictimai quruluşu və s.-ni özündə ehtiva edir. A. dövr dedikdə tarixin e.ə. VIII əsrdən başlayaraq eramızın V əsrinə – Qərbi Roma imperiyasının süqutuna qədərki dövr nəzərdə tutulur.

 2. Geniş mənada: “qədimlik” anlayışının sinonimi.

Tarix terminləri lüğəti