yun. anorthos – çəp
Plagioklazlar qrupuna aid triklinik sinqoniyalı mineral.
Kristalları prizmatik, lövhəvidir. Rəngsiz, ağ, bozumtul, sarımtıl və s. olur. Şüşə parıltılıdır. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis A. az tapılır.
Coğrafiya terminləri lüğəti