Reklam
Reklam

Tarix terminləri lüğəti

anayasa

türk. anayasa < ana – əsas + yasa – qanun

Ölkənin dövlət quruluşunu, siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyət prinsiplərini, seçki sistemini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyənləşdirən əsas qanun.

A. ali hüquqi qüvvəyə malik olur. Formasına görə yazılmış və yazılmamış A.-lar mövcud olur. Yazılmış A. vahid normativ akt (dünya ölkələrinin əksəriyyətində), ya da bir neçə konstitusion qanunun toplusu (məs.: İsveç və İspaniyada) formasında olur. ABŞ-ı çıxmaq şərti ilə, əsasən, anqlosaks hüquq sisteminə daxil olan ölkələr üçün xarakterik olan yazılmamış A. isə çoxsaylı qanunlarda öz əksini tapmış ayrı-ayrı konstitusion normaların, eləcə də adətlərin məcmusundan ibarətdir (məs.: Böyük Britaniyada). Qədim yunan şəhərlərində qəbul edilən bəzi qanunlar (məs.: Solon və Klisfen qanunları) A.-ların prototipi sayılır. Müasir mənada ilk A. 1787-ci ildə Delaver ştatı tərəfindən ratifikasiya edilmiş ABŞ A.-sı hesab olunur.

Həmçinin bax:

Tarix terminləri lüğəti