1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.
2. Möhlət, macal, imkan. □ Əcəl aman verməz (Atalar sözü).
3. Rəhm, mərhəmət. □ Ovçuda aman olur; Əlində kaman olur; Oxlama, yar, könlümü; Ox dəysə, yaman olur (Bayatı).
4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləyi. □ Aman istəmək. Amana gələnin boynunu qılınc kəsməz (Atalar sözü).
5. Taqət, qüvvət, güc. □ Qoymadı canımda aman ayrılıq (Qoşma).
6. Nida kimi: can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu və s. hissləri ifadə edir. □ Aman, başım ağrıyır. Aman, sancıdan öldüm! Aman, qıçım sındı!
7. Nida kimi: rica, xahiş, yalvarış bildirir (bəzən “amandı”, “amandır” şəklində işlənir). □ Ey yığılan canlar, siz olun tanrı; Amandı, qoymayın yar oyanmasın (Q.Zakir).
8. Nida kimi: narazılıq, şikayət, nifrət bildirir (çox vaxt "əlindən" sözü ilə birlikdə). □ Aman yaman yoldaş əlindən!
Həmçinin bax: