1. Yarıbulanıq, bir yeri bulanıq, bir yeri duru.
2. Zərf kimi: ala-bula. □ Ala-bulanıq görmək.... Ətraflı
1. Yağış ilə bir yerdə yağan qar, küləkli qar; fırtına, çovğun. □ Ala-çalpov qar yağırdı (Ə.Vəliyev).
2. Qışın kiçik çillədən sonra gələn və martın... Ətraflı
Yarımçıq bişmiş, yarıçiy. □ Ala-çiy bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapış-qupuş elədilər (S.Rəhimov).... Ətraflı
Sinonimlər birləşməsidir, hər iki sözün mənası “yarımçıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Bax: dəmgil. (“Koroğlu” dastanının lüğəti) Uca dağların başında
Ala-dəmgil qar görünür.
Mənim bu dəli könlümə
Bir alagöz yar görünür. (“Koroğlunun Qars səfəri”)... Ətraflı
Yarımkal, yarımdəymiş (meyvə).... Ətraflı
Bir qədər nəm, lazımınca qurumamış. □ Dəriləri yuyub qurutduqdan sonra, ala-nəm yığdıq, tay bir az da ağırlaşdı (H.Sarabski).... Ətraflı
1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq. □ Ala-qaranlıq ev.
2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. □ Hava ala-qaranl... Ətraflı
Bax: ala-qaranlıq.... Ətraflı
Yaxşı bişməmiş (çörək, ət və s.).... Ətraflı
Ala-babat, yüngülvarı, azca. □ Bu ala öküzə bir tay tapsaydıq, .. işimiz bir ala-qolay babatlaşardı (S.Rəhimov).... Ətraflı
Ala-dəymiş, ala-yetişmiş: lazımınca dəyməmiş, şirinləşməmiş. □ Ala-qora üzüm.... Ətraflı
Seyrək, dağınıq, orada-burada. □ Dəniz buruqları hələ tək-təkdir; Gecələr işıq da ala-seyrəkdir (S.Vurğun).... Ətraflı
1. Lazımınca yetişməmiş, dəyməmiş; bir qədər kal. □ Buğdanı ala-sütül biçmək.
2. Yarıbişmiş, ala-çiy, lazımınca bişməmiş.... Ətraflı
Tala-tala, adda-budda, orada-burada. □ Üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı (M.İbrahimov).... Ətraflı