Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ala1

Gədəbəy, Göyçay, Qazax, Tovuz, Yevlax

Alaq. □ Qızdar bostanın alasını çəkif qutardılar (Tovuz).

ala2

Şəki

Göyərti, tərəvəz. □ Bazara ge:rəm ala almağa.

ala3

Bakı

Xəstəlik nəticəsində üzdə əmələ gələn ağ ləkə. □ O:n üzgözin ala basıb.

ala4

Dərbənd, Xaçmaz

Üstündə toyuqlar oturmaq üçün düzəldilən yer. □ Ala sarayda bir divarda düzəldilədi (Dərbənd).

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti