Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

alçalmaq [alçalmax] feil

1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır.
2. Enmək, aşağı salınmaq.Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı (M.S.Ordubadi).
3. Azalmaq, zəifləmək, düşmək.Səsi alçalmaq. Çayda suyun səviyyəsi alçalmışdır.
4. Məcazi mənada: rütbədə, vəzifədə kiçilmək, hörmətdən, nüfuzdan düşmək.
5. Özünü alçaltmaq, yaltaqlanmaq, izzəti-nəfsini itirmək.Alçala-alçala yüksələnlər; Yüksələ-yüksələ alçalanlar gördüm (B.Vahabzadə).

Azərbaycan dilinin izahlı lüğəti