lat. adventus – zühur etmə
Xristianlığın protestant qoluna aid cərəyanlardan biri.
A.-in əsasında yaxınlarda İsa Məsihin ikinci zühurunun baş verəcəyinə və Yer kürəsində “minillik ilahi hökmranlığın” bərqərar olacağına inam durur. A. bir neçə sektaya bölünür ki, onlardan da 7-ci gün adventistləri daha nüfuzlu hesab olunur. Bazar günü əvəzinə şənbəni həftənin 7-ci günü kimi bayram etdiklərinə görə belə adlandırılıblar. Onlar ruhun ölməzliyinə inanmır və hesab edirlər ki, insanla birlikdə ölən ruh yalnız məhşər günü yenidən diriləcək. A. XIX əsrin 40-cı illərində ABŞ-da formalaşıb və dini mistikada təskinlik axtaran müflisləşmiş xırda fermerlər və ticarətçilər arasında yayılıb. XXI əsrin əvvəllərində dünyada A. tərəfdarlarının sayı 20 milyona çatırdı.
Tarix terminləri lüğəti