Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

aşağı [aşağı]

1. İsim kimi: bir şeyin dibinə, yerə ən yaxın olan hissəsnə tərəf, alt. Altlıq. □ Dirəyin aşağısı çürümüşdür.

2. Zərf kimi: yerə doğru, aşağıya doğru. □ Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır.

3. İsim kimi: evin binanın alt mərtəbəsi. □ Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır.

4. Sifət kimi: orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. □ Aşağı səviyyəli ixtisas. Aşağı hərarət.

5. Sifət kimi: ucuz. □ Aşağı qiymətlər. 

6. Sifət kimi: alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. □ Aşağı keyfiyyətli mal.

7. Məcazi mənada sifət kimi: yoxsul, kasıb. □ Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər.

8. Arxaizm. Məcazi mənada: yalnız cəm şəklində: aşağılar - aşağı siniflər, aşağı təbəqələr; kütlə. □ Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər.

9. Axır, son, qurtaracaq. □ Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. 

10. Məcazi mənada sifət kimi: vəzifəcə kiçik olan.

11. Çayın axıb getdiyi tərəf. □ Çay aşağı getmək.

Həmçinin bax:

frazeologizm: aşağı dabana düşmək frazeologizm: aşağı tüpürürsən, saqqaldır, yuxarı tüpürürsən – bığ frazeologizm: başını aşağı eləmək frazeologizm: başını aşağı salmaq frazeologizm: bir aşağı, bir yuxarı baxmaq frazeologizm: yuxarı baxıram, bığdır, aşağı baxıram, saqqal frazeologizm: yuxarı tüpürürəm, bığdır, aşağı tüpürürəm, saqqal frazeologizm: yuxarıdan aşağı baxmaq Azərbaycan dilinin izahlı lüğəti