1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək. □ Məktəbdə bütün uşaqlar çiçəyə qarşı aşılandılar. Mal-qara aşılandı. Qoyunlar aşılandıqdan sonra yaylağa sürüldü.
2. Peyvənd edilmək, calanmaq (cır ağac).
3. Məcazi mənada: uyuşmaq, birləşmək, calanmaq. □ Sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı (M.S.Ordubadi).
4. Aşıya qoyulmaq. □ Bu gön aşılanmamışdır.
5. Məcazi mənada: kök salmaq, mənimsənmək. □ Yeni üsullar artıq aşılanmışdır.