Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ağız

Ağdam, Qax, Şəki, Zaqatala, Zərdab

1. Qaramalın doğandan sonra ilk südü (Şəki, Zaqatala). □ Ağızdan yaxşı maxara oluy (Zaqatala).

2. Yeni doğan qaramalın ilk südündən bişirilən yemək (pendir kimi olur) (Ağdaş, Qax, Şəki, Zərdab). □ Bi qazan ağız bişirmişdim, hamısını payladım (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti