azərb. yaxçı sözü lazımi qaydada olan, bəyənilən, təmin edən, kafi, zərərsiz, bəlasız, və s. buna yaxın razılıq mənalarında işlənsə də, qadın adı olaraq əsasən sevimli, əziz, mehriban, daha dəqiq, mənə yaxşı olan mənasını ifadə edir.
İlk dəfə Yaxşı adını C.Cabbarlı “Almaz” (1930) əsərində işlətmişdir. Ədibin əsərlərində ilk dəfə işlənmiş bir çox şəxs adları kimi, Yaxşı adı da məişətimizə daxil oldu. Bu gün Azərbaycan antroponimikasında tərkibində Yaxşı qadın adının işləndiyi mürəkkəb qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti