Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xitab

Müəyyən şəxsə və ya qrupa müraciət şəklində yazılmış mətn.

Daha çox göstəriş, nəsihət, məsləhət xarakterli olur. C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində baş məqaləni X. şəklində yazıb: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım...” M.F.Axundzadənin “Təmsilat”ının başlanğıcında “Xitab bər-katib” və “Xitab bər-naqil” adlı iki ədəbi müraciət mətninə təsadüf edilir. Mənzum şəkildə yazılan X.-a nümunə olaraq S.Ә.Şirvaninin H.Zərdabiyə yazdığı aşağıdakı misraları göstərmək olar:

Ey Həsən bəy, müəllimi-dana,

Ey edən əhli-islami ehya!

Ey çatan aləmə səfa səndən,

Eyləyir Seyyid iltica səndən!

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti