xalil sözündən olub, dilimizdə yaxın yoldaş, istəkli, sevimli dost, sevgili anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Xəlil məişətimizdə geniş yayılmışdır. Xəlil kişi adı İslam dinində Allaha dost olan (Məhəmməd Peyğəmbər nəzərdə tutulur) anlamındadır. İslam dini ilə əlaqədar əfsanələrdə deyilir ki, zalım bütpərəst padşah Nəmrud İbrahim Xəlil Peyğəmbəri bütləri qırdığı üçün oda atıb yandırmağı əmr etmiş, od Xəlili yandırmamışdır. Bu səbəbdən Tanrı ora Cəbrayılı göndərmiş, o da od tonqalını gülşənə çevirmişdir. Adın daşıyıcılarından Azərbaycan tarixində özünəməxsus iz qoumuş Xəlil xanın İrəvan xanlıq dövrü 1752-1755-ci illərə təsadüf edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti