fars. mürəkkəb adların tərkibində işlənən Tuti və azərb. Bika adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Tutibikə (bax: ad – TUTİ; BİKƏ) qadın adı Tuti kimi bəzənmiş (qadın) anlamındadır. Adın daşıyıcılarından xalqımızın tarixində Fətəli xanın həyat yoldaşı Tutibikə cəsarətli xanım kimi çətin anlarda xanın silahdaşı kimi döyüşlərə qatılmış, yeri gələndə hətta qoşun rəhbərliyini də öz üzərinə götürən mətanətli qadınlarımızdan olmuşdur. Tutibikə adının sonradan dəyişmiş Tutubikə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Tutubikə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti