Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TÜKƏZ

ərəb. tükazban, əslində isə tükazzibani (kazaba, yalan söyləmək) sözündəndir. Ərəb dilindən söz Siz takzib edirsiniz, yalan hesab edirsiniz (“Quran”da “Ər-Rəhman” surəsinin məzmunu ilə əlaqədar olaraq) mənasındadır.

Adın sonundakı ban hissəsi banu sözünə oxşadılmışdır, beləliklə, dünyaya göz açan qız övladlara Tükəzban adı qoyulmuşdur. Məlum olduğu kimi, VII–VIII əsrlərdən etibarən Azərbaycanda sözün mənasına varmadan bir sıra ərəb sözlərini götürüb dünyaya göz açan körpələrə ad olaraq vermişlər. İslam dininə görə, övlada hər hansı bir gülməli ad qoymaq olmaz. Çünki bu adlar insanın gələcəkdə gülüş obyektinə çevrilməsinə səbəb ola bilər. Ona görə də dinimiz insanlara mənalı adların qoyulmasının tərəfdarıdır. Dilimizin antroponimik vahidlər sistemində yer almış Tükəzban qadın adı da bu qəbildən olan şəxs adları sırasındadır. Tükəzban adı ərəb dilindən tərcümədə yalan, yalanlama mənasındadır. Bu səbəbdən də övlada belə ad qoyulmamalıdır. Çox yaxşı haldır ki, Tükəzban qadın adı kimi, belə adların əksəriyyəti son otuz-qırx ildən artıq bir dövrdə övladlara verilmədiyindən köhnələrək sıradan çıxmaq üzrədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti