Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sol1 [sol] sifət

1. Həmin tərəfdə olan, yerləşən. Sol əl. Sol ayaq. Sol böyür.

2. İsim kimi: bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi.

3. Sağ qola müqabil olan, sol tərəfdə, ya tərəfdən yerləşmiş; sağ müqabili. Sol tərəfə döndü. Sol cibindən pul.

4. Siyasi cəhətdən başqalarına görə daha radikal olan (bu məna parlament salonunda radikal və inqilabçı partiyaların üzvlərinin sədrdən sol tərəfdə oturması ənənəsindən gəlmişdir). Parlamentin sol fraksiyaları.

5. Cəm şəklində: sollar – sol partiyaların üzvləri, sol partiyaların nümayəndələri. Səsvermədə sollar iştirak etmədilər.

6. Ancaq üzdən radikal olub, öz mahiyyətlərini inqilabi ibarələrlə gizlədən opportunist. Sol təmayül.

sol2 [sol] isim latın

Musiqi. Yeddi əsas musiqi səsindən beşincisi. □ "Sol" musiqi notunun hərfi ifadəsi G-dir.

Həmçinin bax:

frazeologizm: sağ əliylə sol qulağını qaşımaq (göstərmək) frazeologizm: sağ qulağından alıb sol qulağından vermək (ötürmək) frazeologizm: sol getmək Azərbaycan dilinin izahlı lüğəti