Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Selsi şkalası

isveç alimi Anders Selsinin adından

Temperaturu ölçmək üçün dünyada ən geniş istifadə olunan şkala.

S.Ş.-da buzun ərimə nöqtəsi ilə suyun qaynama nöqtəsi arasındakı temperatur intervalı 100 hissəyə – Selsi dərəcələrinə (°C) bölünüb. 1742-ci ildə şkalanı təklif edəndə Anders Selsi buzun ərimə temperaturunu 100 dərəcəyə, suyun qaynama temperaturunu isə 0 dərəcəyə bərabər götürüb. Lakin sonradan şkala tərsinə çevrilib. Bunun A.Selsinin özü, yoxsa digər isveç alimləri (botanik Karl Linney, astronom Morten Ştremer) tərəfindən edildiyi barədə müxtəlif fərziyyələr mövcuddur. İlk vaxtlar şkala daha çox “isveç termometri” adı ilə tanınıb. XIX əsrin əvvəlində məşhur kimyaçı Yens Yakob Berseliusun fundamental elmi əsərlərində onun müasir adı “rəsmiləşdirilib”. Selsi ölçü vahidi olaraq, Kelvinlə yanaşı, Beynəlxalq Vahidlər Sisteminə daxildir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti