fars. rüxsare sözündən olub, gözəl üz, gözəl çöhrə mənalarını ifadə edir.
Məişətimizdə XX əsrin yetmişinci illərinə qədər geniş yayılmış qadın adlarından olan Rüxsarə bu gün unudulmaqda olan adlar sırasındadır. Adın təhrif olunmuş Ruxsarə, Ruxsara formaları da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti