ər. – ucadan mütaliə, nəsihət
Müsəlmanların müqəddəs kitabı.
Q., islam inancına görə, Allahın 23 il ərzində (qədir gecəsindən başlayaraq) Cəbrayıl vasitəsilə Məhəmməd peyğəmbərə ötürdüyü kəlamlardan ibarətdir və burada müsəlman dininin əsas ehkamları və qayəsi öz əksini tapıb. Məhəmməd peyğəmbərin sağlığında Q.-ın mətnləri, əsasən, şifahi yayılıb. İlk dəfə yalnız xəlifə Osmanın (644–656) tapşırığı ilə Zeyd ibn Sabitin rəhbərlik etdiyi xüsusi heyət surələri bir yerə toplayaraq kitab halına salıb. 114 surədən ibarət olan Q.-ın ən erkən mətnləri VII əsrin sonu – VIII əsrin əvvəlinə aid edilir. Bu gün Q. dünya dillərinin əksəriyyətinə tərcümə olunub. Müqəddəs kitabın Azərbaycan dilində ilk nəşri 1904-cü ildə Bakıda işıq üzü görüb.
Tarix terminləri lüğəti