Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QAFUR

ərəb. qafur sözündən olub, bağışlayan, əfv edən, günahdan keçən mənasındadır.

Qafur kişi adı günahları bağışlayan mənasındadır, Allahın adındandır. XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olmuşdur. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından Azərbaycan Demokratik Respublikası dövründə yeni yaranmış milli məktəblərin dərsliklə təmin olunması sahəsində böyük xidmətləri olmuş, ilk 18 coğrafiya dərsliyinin müəllifi, pedaqoq, coğrafiyaçı, publisist, naşir Qafur Rəşad Mirzəzadə (1884-1943) milli uşaq ədəbiyyatının inkişafında xeyli əmək sərf etmiş ziyalılarımızdandır. Uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamış “Məktəb” adlı sayca ikinci uşaq jurnalının (1911-1920), eləcə də uşaqlara məxsus ədəbiyyat nəşr edən eyni adlı birinci mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə).

Azərbaycan şəxs adlarının izahlı lüğəti