Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

OFELİYA

latın. ofeliya sözü dilimizə tərcümədə yüksəltmək, ucaltmaq, həmçinin artırmaq mənasını ifadə edir.

Ofeliya qadın adı U.Şekspirin çox sevilən “Hamlet” əsrinin əsas surətlərindən birinin adındandır. Azərbaycanda “Hamlet” əsərinin tərcüməsi və səhnələşdirilməsinin uğurlu taleyi məişətimizə Ofeliya qadın adının daxil olması ilə nəticələndi. Ofeliya qadın adının təhrif olunmuş formaları Ofelya, Ofilə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti