Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NURLAN

ərəb. nur ismindən düzəlmiş (feil düzəldən -lan ş.) nurlanmaq feilindən olub, işıq salmaq, işıqlandırmaq, parlamaq, aydınlatmaq anlamlarını ifadə edir.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Nurlan (bax: ad – NUR) qadın adı dünyaya gəlişi ilə ailəni, ocağı işıqlandıran, hər yerə nur paylayan mənasındadır. Sonradan Nurlan adına -a/a şəkilçisi artırılmaqla adın Nurlana, Nurlanə variantları da yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti