Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NƏCİBƏ

ərəb. nacib sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Əsilli, əsli-nəcabəti olan, nəcabətli, soylu, yaxşı nəsildən olan, köklü (adam); 2. Ürəyitəmiz, yaxşı, alicənab (adam); 3. Təmiz, pak, müqəddəs; 4. Incə, zərif, qəşəng, xoşagəlimli.

Nəcibə qadın adı belə gözəl mənalarla əlaqədar olan, alicənab, pak, yaxşı, xoşagəlimli anlamlarını ifadə edən Nəcib kişi adından (bax: ad – NƏCİB) ənənəvi yolla yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti