ərəb. nisa sözündəndir. Nisə dilimizə tərcümədə qadın (cinsi), qız, qadınlar deməkdir.
Lakin Nisə qadın adı bu mənalar ilə əlaqədar deyildir. Müqəddəs kitab “Quran”ın dördüncü surəsinin (“Ən-Nisa”) adındandır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır. Azərbaycan antroponimikasında adın iştirak etdiyi mürəkkəb qadın adları da kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti