Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

korund

sanskr. kuruvinda – yaqut

Triqonal sinqoniyada kristallaşaraq sütunvarı, piramida formalı kristallar, orta və xırdadənəli aqreqatlar əmələ gətirən mineral.

Rəngsiz (leykosapfir) və qatışıqlardan asılı olaraq göy (sapfir), qırmızı (yaqut), sarı (Şərq topazı), yaşıl (Şərq zümrüdü) və s. olur. Siyenitlərdə, siyenit və qneyslərin təmasında, regional metamorfik süxurlarda, törəmə kvarsitlərdə və s. rast gəlir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti