kamal (əslində kamal) sözü dilimizdə bir neçə yaxın məna ifadə edir: 1. Kamillik, yetkinlik; 2. Elm, ürfan, fəzilət; 3. Ağıl, zəka, dərrakə; 4. Mükəmməllik, nöqsansızlıq, tamlıq; 5. İnsanın yaxşı, tam, mükəmməl savada və əxlaqa sahib olması.
Kamal müasir Azərbaycan dilində dilimzdə ümumişlək sözlər sırasındadır. Dilimizdə ağıllı-kamallı, kamal sahibi, kamala yetdi və s. kimi ümumişlək ifadələrə tez-tez rast gəlinir. Ən yüksək mənəvi və əxlaqi dəyərlərə malik (adam) mənasında olan Kamal məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti