Hatam adı və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hatəmxan (bax: ad – HATƏM; XAN) kişi adı səxavətli rəhbər, səxavətli başçı anlamındadır.
M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadükuni məşhur” əsərində Hatəmxan ağa əsas surətlərdən birinin adıdır. Adın təhrif olunmuş forması Hətəmxan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti