Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAMİD ərəb.

hamid sözündəndir. Hamid kişi adı şükür edən mənasını ifadə edən, Tanrının məlum 99 adından olan əl-Hamidlə əlaqədardır.

Bu gün ərəb dünyasında, Şərqdə, türk xalqlarında olduğu kimi, Azərbaycanda Hamid, eləcə də Abdulhamid (bax: ad – AB- DULHAMİD), Əbdülhəmid (bax: ad – ƏBDÜLHƏMİD) şəklində geniş yayılmış kişi adlarındandır. Qeyd etmək lazımdır ki, Hamid ərəblərdə həm kişi adı, həm də soyad kimi işlənir. Müasir dövrdə bu adın və soyadın daşıyıcıları arasında Əfqanıstan Respublikasının Prezidenti olmuş Hamid Kərzai, İraqda tanınmış siyasi xadim Musa Hamid, özbək şairi Musa Hamid Can, Amerikanın məşhur futbolçusu Bill Hamid və başqalarını göstərmək olar. Dilimizin ahəng qanununa uyğun dəyişmiş forması Həmid də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Həmid şəklindədir. Adın daşıyıcılarından görkəmli ədəbiyyatşünas alim, akademik, professor, Əməkdar Elm Xadimi Həmid Araslı (1909-1983) Nizami, Xaqani, Şirvani, Füzuli, Nəsimi, Saib Təbrizi, Nəvai, Xətai, Vaqif, Vidadi və bir sıra başqa görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən 500-dən artıq əsərin müəllifidir. Əsərləri hələ sağlığında ingilis, rus, ərəb, fransız, türk və özbək dillərinə tərcümə edilərək nəşr olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti