Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏZRƏT ərəb.

hüzr sözündən olub, hüzur, ön, qabaq anlamlarındandır.

Zamanında tanınmış din xadimlərinə verilmiş tituldur. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar yaranmış şəxs adlarındandır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Həzrət də bu qəbildən olan kişi adları sırasındadır. Sözün ilk mənası ön, qabaq, pişgah olsa da, sonradan dövrünün görkəmli din xadimlərinə, mənsəb sahiblərinə, yüksək vəzifədə olanlara həzrət, yəni cənab, ağa, hörmətli şəxs (həzərat, həzrət sözünün cəmidir, müvafiq olaraq cənablar, ağalar, hörmətli şəxslər) deyə müraciət edilmişdir. Həzrət – ərəb dilində- ki bütün dövrlərdə Həzrət Abbas, Həzrət Əli və digər müqəddəs şəxsiyyətlər İslam dininə еtiqad еdən insanların inam yeri olmuşlar. Həzrət həm də İslam dini ilə bağlı kəlmələrdən olub özünəməxsus xüsusiyyətlərə görə fərqlənən peyğəmbərlərə aid edilir. Onların adı çəkilərkən hökmən həzrət sözü işlədilməsi tövsiyə edilir. Məsələn, Həzrət Məhəmməd, Həzrət Əli, Həzrət Abbas, Həzrət Nuh və b.

Azərbaycan şəxs adlarının izahlı lüğəti