Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HİDAYƏT ərəb.

hidayat sözündən olub, dilimizdə doğru yola yönəltmə, doğru yol göstərmə mənasındadır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar kişi adlarındandır. İslam dininə görə, doğru yol, düzgün yol əslində haqq yoludur. “Hidayət” sözünə “Qurani-Kərim”in müxtəlif surələrində tez-tez rast gəlinir. Müqəddəs Kitabımızda bu söz, əsasən, iki mənada işlənir: təkvini və təşrii hidayət. Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olduğu nizam nəzərdə tutulur. Allah-taala bütün yaradılışı müəyyən qanunlara uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti təkvini hidayətin misalıdır. Təşrii hidayət ilahi elçilər, səmavi kitablar vasitəsilə gerçəkləşir və insanların mənəvi təkamülünə səbəb olur. Lakin Allahın insanı hidayət etməsi üçün mütləq insanın özünün də iradəsinin olması vacibdir. Məişətimizdə Hidayət geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti