Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GƏNCƏ

top., Ganca şəhərinin adındandır.

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olan, Bakı şəhərindən 363 km qərbdə Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu Gəncəçayın hər iki sahilində yerləşən şəhərin adıdır. XII–XIII əsrlərdə Gəncə Azərbaycanın ticarət, peşəkarlıq, mədəniyyət mərkəzi kimi məşhur idi. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Şəhərin adı bəzi qaynaqlarda gen yer, bəzilərində isə xəzinə kimi izah olunur. Dünya ədəbiyyatında “Xəmsə” yaratmış ustad sənətkar Nizami Gəncəvinin vətənidir. Dahi Nizami Gəncəvi burada anadan olmuş, yaşayıb-yaratmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti