ing. folklore < folk – xalqa aid olan + lore – ənənəvi biliklər
İnsanlar arasında, əsasən, şifahi formada yayılan xalq yaradıcılığı məhsullarının məcmusu.
Xalqın kollektiv bədii və yaradıcılıq fəaliyyətinin nəticəsi olan F. bir neçə şaxəyə – şifahi xalq ədəbiyyatına (nağıllar, dastanlar, əfsanələr, bayatılar və s.), təsviri və dekorativ-tətbiqi sənət nümunələrinə, habelə musiqiyə, rəqslərə və s. növlərə ayrılır. F.-un daşıyıcıları, əsasən, kənd əhalisi olur. F. terminini ilk dəfə 1846-cı ildə ingilis alimi U.Toms işlədib.
Həmçinin bax:
Tarix terminləri lüğəti