Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏRİD ərəb.

fard sözündəndir. Fərid kişi adı tək, nadir, yeganə olan, misli olmayan mənalarını ifadə edir.

Qeyd etmək lazımdır ki, sözün əsas ifadə etdiyi mənaya yaxın olan digər mənaları da mövcuddur. Məsələn, bənzərsiz, tək, həyat yoldaşı olmayan, əmsalsız və s. Fərid kişi adı bu gün məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın daşıyıcılarından azərbaycanlı zabit, “İgidliyə görə” medalı ilə təltif edilmiş (ölümündən sonra) Fərid Əhmədov (1986-2010) vətənimizin işğal altında olan Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzasını qoymuş şəhidlərimizdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti