ehsan sözündəndir. Azərbaycan dilində sözün bir neçə mənası vardır: 1. Xeyirxahlıq, yaxşılıq, mərhəmət, kərəm yaxşılıq; 2. Bağışlanan bir şey, sədəqə, lütf bəxşiş, hədiyyə; 2. Savab kimi bir şey (yemək, pul və s.) vermək; 3. Ölmüş şəxsin xatirəsinə verilən yemək. Ehsan kişi adı sözün ikinci mənası ilə əlaqədardır.
Azərbaycan antroponimikasında övladın Yaradanın, Tanrının, Allahın bəxşişi olması mənasında kifayət qədər şəxs adı mövcuddur. Ehsan da bu qəbildən olan adlardan olub, Tanrının xeyirxahlığı, mərhəməti, lütfü, bəxşişi anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Ehzan da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti