Reklam
Reklam

Tarix terminləri lüğəti

dərviş

fars. – sərgərdan ruhani; hərfi mənası: yoxsul, dilənçi

Müsəlmanlarda mistik sufi təriqətlərindən birinə mənsub olan dindar adam.

D.-lər XI əsrdən məlum olan müxtəlif “qardaşlıq” cəmiyyəti və ordenlərində birləşiblər. Dərvişlik təliminin əsasını mistik ekstaz yolu ilə insanın Allahla şəxsi ünsiyyət tapması ideyası təşkil edib. Di­yarbadi­yar gə­zən D.-­lər Al­la­hın şə­ni­nə, pey­ğəm­bə­rin və onun əh­li-bey­ti­nin şə­rə­fi­nə qə­zəl­lər oxu­yub, mü­qəd­dəs­lə­ri təb­liğ edən mər­si­yə­lər de­yiblər. D.-lər fəaliyyət sahəsinə görə müxtəlif qruplara bölünüblər: rifailər, mövləvilər, isəvilər, şuabilər və s. Rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük veriblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti