Reklam
Reklam

Tarix terminləri lüğəti

Dərbənd keçidi

Xəzər dənizi ilə Böyük Qafqaz dağlarının ətəyi arasında Dərbənd şəhərinin yerləşdiyi ensiz ərazi.

Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçid barədə də məlumat veriblər. Sonralar bu məntəqə ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlarla təqdim edilib. Şimali Qafqazı Cənubi Qafqaz və İranla birləşdirən yeganə əlverişli quru yolun üzərində yerləşdiyi üçün D.K. böyük hərbi-strateji əhəmiyyətə malik olub. Bu səbəbdən o, qədim dövrlərdən etibarən region dövlətlərinin xüsusi diqqətini cəlb edib. V əsrdə Sasani hökmdarı II Yəzdəgirdin zamanında şimaldan gələn tayfaların hücumlarının qarşısını almaq məqsədilə Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsən sədd ucaldılıb.

Tarix terminləri lüğəti