Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dən [dən] isim

1. Dənli bitkilərin məhsulunun hər bir dənəsi, ayrı-ayrı toxumu, tumu. □ Dənin ağırlığından sünbüllər başını əyir... (Mir Cəlal).

2. Ümumiyyətlə, taxıl, buğda, arpa, düyü və s. dənli bitki məhsulu. □ Dəyirmanda dənin yox, şahad üstə başımı niyə yarırsan? (Atalar sözü).
3. Quş yemi. □ Quş dənə yığılar, çibin şirəyə. (Atalar sözü).
4. Məcazi mənada: saç və saqqalda tək-tək ağ tük. □ Kiçik bir zeh açdı saçlarına dən; Başda çiçək açar insan hünəri. (S.Vurğun).

Həmçinin bax:

frazeologizm: başına dən düşmək frazeologizm: çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu frazeologizm: dən düşmək frazeologizm: dənini-duzunu vermək frazeologizm: dəyirmanı dən verir frazeologizm: saçına dən düşmək frazeologizm: saqqalına dən düşmək Azərbaycan dilinin izahlı lüğəti